Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? - Yol polisindən açıqlama - FOTO - VİDEO

Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki yol nişanlanmasında uyğunsuzluq olması iddiasına dair Oxu.az-ın sorğusuna Bakı Şəhər DYP İdarəsindən cavab verilib.
Qurumun bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sözügedən yolda nəqliyyat vasitələrinin avtobus zolağından ikinci zolağa keçməsi üçün nişanlanma xətti mövcudur:

"Vətəndaşın müraciəti araşdırılarkən məlum olub ki, o, digər zolağa keçmədən avtobus zolağında hərəkətini davam etdirdiyi üçün barəsində elektron qaydada protokol tərtib edilib.
Əlavə olaraq qeyd edim ki, həmin yolayrıcında nəqliyyat vasitələri ikinci zolaqdan da sağa manevr edə bilərlər"./oxu.az
***
Baku TV-nin "Qaynar xətt"inə müraciət edən vətəndaş Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki yol nişanlanmasında uyğunsuzluq olduğunu iddia edir.
Sürücünün sözlərinə görə, hadisə axşam saat 18 radələrində, tıxacın pik vaxtında baş verib. O, Təbriz küçəsinə sağa dönmək üçün işıqforun əlavə seksiyasının tələbinə uyğun olaraq sağ zolağa (avtobus zolağına) daxil olub. Lakin bu manevr ona 100 manat məbləğində cərimə bahasına başa gəlib.
Vətəndaş bildirir ki, həmin ərazidə yol dörd zolaqdan ibarətdir: üçü avtomobillər, biri isə avtobuslar üçün nəzərdə tutulub. Lakin sağa dönmək istəyən sürücülər üçün ayrıca seksiya olsa da, zolaqlar arasındakı nişanlanma xətləri (qırıq-qırıq xətlər) düzgün çəkilmədiyi üçün sürücülər istər-istəməz qayda pozuntusuna yol verməli olurlar.
Qeyd edək ki, Əhməd Rəcəbli küçəsində saat 17:00-dan 20:00-a qədər sağ zolaq yalnız avtobusların hərəkəti üçün nəzərdə tutulub. Lakin Təbriz küçəsi ilə kəsişmədə sağa dönmək üçün işıqforun ayrıca seksiyası yandığı təqdirdə, sürücülər müvafiq hissədə həmin zolağa daxil olaraq manevr edə bilərlər.
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












