Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - FOTO - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Avtosfer.az xəbər verir ki, mayın 18-də Sulxan Tamazaşvili və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Dost ölkənin təmsilçiləri Şəhidlər xiyabanını da ziyarət edib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə S.Tamazaşvilini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.
O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb, ötən illər ərzində imzalanmış sənədlərin işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratdığı, bunun informasiya mübadiləsində özünü göstərdiyi, transmilli cinayətkarlığın bütün növləri, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyə xidmət etdiyi qeyd olunub.
Qonaq səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə mövcud sabitlikdən, Bakının dünyanın təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinə baş çəkərək fəaliyyəti ilə tanış olublar.



Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












