Yasamalda "Təmiz hava" aylığı ilə bağlı tədbir keçirildi - VİDEO

Yasamal rayonunda sürücülər arasında “Təmiz hava” aylığı çərçivəsində tədbir təşkil edilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Yasamal rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib. Nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
“Təmiz hava” aylığı çərçivəsində DYP əməkdaşları qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə sürücüləri saxlayıb və avtomobillər yoxlanılıb. Eyni zamanda, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis mayoru Toğrul Nəsirli sürücülərə qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Ətraf mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Əksər sürücülərin avtomobilləri normalara cavab verib. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan sürücülərə cərimə yazılıb.
Səfər
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO
“Sürəti azaldın” - DYP-dən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...










