Yol polisi ağır qəzaların səbəblərindən birini açıqladı - DİQQƏT!

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevretmə qaydalarının pozulması halları ilə bağlı müraciət edib.
İdarədən Avtosfer.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir. Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və özünə həddindən artıq güvən bir anın içində geri dönüşü olmayan faciəyə çevrilə bilər. Bu riskli qərar yalnız sürücünü deyil, yoldakı günahsız insanları da təhlükə altına qoyur.
"BMW" yeni dizaynlı boltu patentləşdirdi
Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə çağırışında aşağıdakılar vurğulanıb:
• Ötməni yalnız icazə verilən və təhlükəsiz hallarda edin;
• Tələskənliyə deyil, məsuliyyətə üstünlük verin;
• Unutmayın: bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz.
"Qaydalara əməl edin, həyatınızı və başqalarının həyatını qoruyun", - müraciətdə qeyd edilib.
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib 179 nəfəri işə götürdü - VİDEO
DİN-in Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş konfrans keçirildi - FOTO - VİDEO
Yol polisindən hava ilə bağlı XƏBƏRDARLIQ - FOTO
"İşıq cihazlarının sazlığına diqqət yetirin!" - DYP-dən XƏBƏRDARLIQ












