Yol polisi blogerlərin sosial ekspermentinə tuş gəldi - ANBAAN VİDEO

Azərbaycan polisinin vətəndaşlara qarşı qayğıkeş və səmimi münasibətini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunub. Bu kadrlar izləyən hər kəsi həm sevindirib, həm də polisin necə ürəyi açıq, mərhəmətli olduğunu bir daha nümayiş etdirib.
Avtosfer.az xəbər verir ki, gənclər sosial eksperiment apararaq polisin davranışını gizli kameraya çəkiblər. Kadrda əlində dəmir qablar tutan bir gəncin obyektin yanında oturduğu görünür. Bu zaman obyekt sahibi gənci ordan uzaqlaşdırmağa çalışır və hətta oturacağı təpiklə vurur.
Hadisə yerindən keçən yol polisi əməkdaşları vəziyyəti görərək dərhal müdaxilə ediblər. Onlar obyekt sahibinə xəbərdarlıq edərək ərazidən uzaqlaşdırıblar. Daha sonra gəncə yaxınlaşan polis əməkdaşları ona mənəvi dəstək göstəriblər. Onlar gənci tək buraxmayaraq yemək alıb gətiriblər və ehtiyaclarının olub-olmadığını soruşublar.
Polis əməkdaşlarının “Biz hər yerdəyik, nə vaxt istəsən köməyə hazırıq” sözləri isə sosial şəbəkə izləyicilərində böyük rəğbət doğurub.
Sosial şəbəkə istifadəçiləri Azərbaycan polisinin bu davranışını alqışlayaraq onların sadəcə qayda-qanunun qorunmasına deyil, həm də insani dəyərlərin yaşadılmasına xidmət etdiyini bildiriblər.
Eltac Zülfüqaroğlu
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












