Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına əsasən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə 5 sentyabr-5 oktyabr tarixləri arasında ənənəvi “Diqqət, uşaqlar!” şüarı altında profilaktik ay elan edilib.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində uşaq və gənclər arasında yollarda təhlükəsiz davranış qaydalarını öyrənməsi və gündəlik həyatda tətbiq etməsi məqsədilə “Diqqət, uşaqlar” şüarı altında maarifləndirici layihələrə start verilib.
Tədbirlərin əsas məqsədi yol hərəkəti iştirakçılarının diqqət və məsuliyyətini artırmaq, xüsusilə uşaqların və yeniyetmələrin həyatının qorunmasına nail olmaq, onların yol qəzalarının qurbanına çevrilməsinin qarşısını almaqdır.
Sentyabrın 10-da 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin (UGİM) əsas binasında “Diqqət, uşaqlar!” aylığının əsas məqsəd və vəzifələrinin müzakirəsi haqqında dəyirmi masa təşkil edilib. Dəyirmi masada Bakı Şəhər Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova, mərkəzin direktoru Kəmalə Abdullayeva və əməkdaşları iştirak edib.
Tədbir zamanı Bakı Şəhər Yol Polisi İdarəsi və 1 nömrəli UGİM 2026-2027-ci tədris ili üzrə “Diqqət, uşaqlar” şüarı altında Fəaliyyət Planına uyğun olaraq 36, 47, 258, 202, 44, 54, 111, 164, 24, 129, 238, 244, 246, 55, 56, 260, 13, 52, 158, 38 nömrəli tam orta məktəblərin həyətində maariflənmə xarakterli görüşlər keçirmək və təhsil işçiləri, şagirdlər və valideynlərlə yollarda hərəkətin təhlükəsiz təşkili mövzusunda maarifləndirici söhbətlər aparılması planlaşdırılıb.
Birgə fəaliyyət planına əsasən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzinin məktəblərdə fəaliyyət göstərən “Yol hərəkəti qaydaları” dərnək üzvlərinin iştirakı ilə ətrafda yerləşən yollarda birgə reyd keçiriləcək.
Səfər
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR




















