Yol polisi saxladı; sürücü üstünə benzin töküb özünü bıçaqladı - Şəkidə

Özünə bıçaqla xəsarət yetirən Şəki sakini Akif Məsimovun iddiaları əsassızdır, böhtan xarakterlidir. Bu barədə DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a məlumat verilib. Bildirilib ki, iyulun 10-da Şəki RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən 55-BC-281 dövlət qeydiyyat nişanlı “VAZ-2101” markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, standartlara cavab verməyən qaynaq üsulu ilə hazırlanmış əlavə yük yerinin quraşdırıldığına, eləcə də dövlət qeydiyyat nişanının yaxşı oxunmamasına görə “saxla” əmri verilib. YPX əməkdaşı avtomobilin sürücüsü Akif Məsimova təlimata uyğun olaraq, özünü təqdim edərək sürücünün törətdiyi qayda pozuntularını ona normal və sakit tərzdə izah edib. Sürücü A.Məsimov üzərində heç bir sənəd olmadığını bildirdikdə yol polisi əməkdaşı bort kompüter vasitəsilə onun sənədlərinin yoxlanılacağını və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunacağını bildirib. Əvvəllər də yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş Akif Məsimov onun barəsində protokol tərtib olunacağını öyrəndikdə avtomobilinin yük yerindən şüşədəki benzini götürərək özünün və avtomobilin üzərinə tökməyə başlayıb. Yol polisi əməkdaşı həmin vaxt onun əlindəki yanacaq şüşəsini və alışqanı götürərək onu sakitləşdirməyə çalışıb. Lakin bir müddət sonra sürücü A.Məsimov qəfildən cibindən çıxardığı bıçaqla sol qarın nahiyyəsinə zərbə endirib. Yol polisi əməkdaşları tərəfindən o, təcili olaraq xəstəxanaya çatdırılıb. Vətəndaş A.Məsimov öz şikayətində həqiqətə uyğun olmayan ifadələr səsləndirsə də, ancaq YPX avtomobilində quraşdırılmış kameralarda qeydə alınan həmin görüntülər onun bu müraciətinin əsassız olduğunu sübut edir.
Qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Elmin
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO












