Yol polisi uşaqlar arasında təbliğat işlərini davam edirir - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və “1 nömrəli uşaq-gənclər inkişaf mərkəzi”nin təşkilatçılığı ilə daha bir maarifləndirici tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və “1 nömrəli uşaq-gənclər inkişaf mərkəzi”nin birgə fəaliyyət proqramına uyğun olaraq 238 nömrəli tam orta məktəbdə fəaliyət göstərən “Yol hərəkəti qaydaları” dərnəyinin üzvlərinin iştirakı ilə “Uğurlu yol“ adlı tədbir təşkil olunub.
Tədbirdə uşaqlara yol hərəkəti qaydaları haqqında məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib.Uşaqların ifasında səslənən mahnılar, rəqslər, səhnəciklər maraqla qarşılanılıb.
Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli, 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin əməkdaşları “Əməkdar müəllim” Fəridə Suleymanova, Sevda Əsgərova, 238 nömrəli məktəbin direktoru Xuraman Osmanova, müəllimləri və uşaqlar iştirak edib.
Səfər
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO























