Yol polisi zolağı tez-tez dəyişən sürücülərə xəbərdarlıq etdi - Sıxlıq yaradırsınız

Yollarda zolaq intizamına riayət olunması təhlükəsizliyin əsas şərtidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciətində bildirilib. Məlumatda qeyd olunub ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir sürücünün üzərinə düşən mühüm məsuliyyətdir. Xüsusilə hərəkət zolağının düzgün seçilməsi və həmin zolaq üzrə nizamlı hərəkət sürücü intizamının əsas göstəricilərindəndir.
Yolun hərəkət hissəsinin zolaqlara ayrılması nəqliyyat axınının tənzimlənməsi, istiqamətin müəyyənləşdirilməsi və qəza risklərinin azaldılmasında mühüm rol oynayır. Təəssüf ki, bəzi sürücülər nişanlanma xətlərini və digər avtomobilləri nəzərə almadan zolaqları tez-tez dəyişirlər ki, bu da yollarda qarışıqlıq, süni sıxlıq və qəza riski yaradır.
Mütəxəssislərin fikrincə, sürücülər daxil olduqları zolaqda müəyyən edilmiş istiqamət üzrə nizamlı hərəkət etsələr, yollarda axıcılıq təmin olunacaq, sıxlığın qarşısı alınacaq və yol-nəqliyyat hadisələrinin sayı minimuma enəcək.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladıb ki, zolaq dəyişdirmək yalnız qaydalarla müəyyən olunmuş hallarda və müvafiq dönmə siqnalından istifadə edilməklə icazəlidir. Qurum bütün sürücüləri məsuliyyətli davranmağa, yol hərəkəti mədəniyyətinə hörmətlə yanaşmağa çağırır.
Məlumatın sonunda DYP qeyd edib : “Gəlin, birlikdə sürücü intizamını daha da möhkəmləndirək, yollarımızı daha təhlükəsiz edək.”
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












