Yol polisindən sürücülərə və piyadalara ÇAĞIRIŞ: SƏBƏB...

Avqustun 31-də Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində yağışlı və küləkli hava şəraiti gözlənilir.
Avtosfer.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi ərazilərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi proqnozlaşdırılır.
Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib.
Qeyd olunub ki, intensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yolların sürüşkənləşməsi, bəzi ərazilərdə su yığılması və nəqliyyat vasitələrinin idarəetmədən çıxması riski artır.
Sürücülərə sürəti hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevrlər və qəfil tormozlamalardan çəkinmək tövsiyə olunur.
Güclü külək zamanı qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücülərinə daha ehtiyatlı olmaları, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirmələri tövsiyə edilib.
Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırıb.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












