"Yola nabələd təcrübəsiz sürücü sükan arxasında real təhlükədir" - DYP-dən XƏBƏRDARLIQ

Yaşayış məntəqələrindən kənarda, daha çox kənd və ya qəsəbələrarası yollarda baş verən aşma, yoldan çıxma, yaxud maneəvurma kimi yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, yol infrastrukturunun mürəkkəb olmadığı, daha çox təbii relyefə malik, enişli-yoxuşlu, döngəli yollarda qeydə alınan bu növ qəzaların özünəməxsus səbəbləri var.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında deyilib.
Xəbərdarlıqda qeyd edilir ki, əsasən, sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, sürücülərin təcrübəsiz, yaxud yola nabələd olması, relyefin düzgün qiymətləndirilməməsi, hərəkət intensivliyinin və nəzarət-ölçü cihazlarının az olmasından arxayınlaşaraq məsuliyyət hissinin itirilməsi kimi hallar həmin yollarda qeydə alınan qəzaların başlıca səbəblərindəndir.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar həmin səbəblərdən tez-tez ağır qəzaların baş verməsini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları tanımadıqları, uzun müddət getmədikləri ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, nəqliyyat vasitələrinin sazlığını, meteoroloji şəraiti, avtomobillərinin texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğunluğunu nəzərə almağa çağırır.
“Unutmayaq ki, səfərlərin təhlükəsizliyi məsuliyyət hissi və risklərə hazırlıqla ölçülür!” - deyə xəbərdarlıqda bildirilir.

Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












