Dəmir yolunda baş verən qəzalarda məsuliyyət kimin üzərinə düşür? – RƏSMİ AÇIQLAMA - VİDEO

İyulun 16-sı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində ictimai müzakirə keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Müzakirələr zamanı çıxış edən Azərbaycan Dəmir Yollarının ictimayyətlə əlaqələr üzrə nümayəndəsi Pərviz Sadıqov bildirib ki, digər nəqliyyat vasitələrindən fərqli olaraq, dəmir yolları çox zaman hadisələrdə günahsız olur.
“Müşahidələr göstərir ki, dəmir yolu ilə bağlı baş verən qəzalarda əsas məsuliyyət, adətən, avtomobil sürücüləri və piyadaların diqqətsizliyindən qaynaqlanır. Bu isə birbaşa hərəkətin təhlükəsizliyinə ciddi risk yaradır. Son iki il ərzində bu istiqamətdə maarifləndirmə işləri əvvəlki illərlə müqayisədə daha intensiv aparılmağa başlanılıb. Eyni zamanda dəmir yolu ətrafında yerləşən məktəblərdə, iş yerlərində və yaşayış məntəqələrində yaşayan sakinlərlə görüşlər keçirilir. Hətta bəzi hallarda qapı-qapı gəzilərək dəmir yolu ətrafında yaşayanlarla, xüsusilə uşaqlarla 7-8 saatlıq söhbətlər təşkil olunur. Bu görüşlər həm məlumatlandırma xarakteri daşıyır, həm də birbaşa ünsiyyət üçün faydalı mühit yaradır”.
Pərviz Sadıqov qeyd edib ki, aparılan bu tədbirlər nəticəsində son illər ərzində dəmir yolları ətrafında baş verən insan vurma hadisələrində və qatarla digər nəqliyyat vasitələrinin toqquşmalarında azalma müşahidə olunur.
“Lakin hədəf yalnız bu rəqəmləri azaltmaq deyil, əsas məqsəd sıfır riskə malik, tam təhlükəsiz bir nəqliyyat sistemi formalaşdırmaqdır. Bunun üçün hüquqi maarifləndirmə ilə yanaşı, ictimai qınaq və sosial məsuliyyət hissi də gücləndirilməlidir. Burada bir vacib məqamı da qeyd etmək lazımdır: kommunikasiyada istifadə edilən dil çox sərt olmamalıdır. Bəzən mesajlarımızda sürücüləri və ya piyadaları tək tərəfli şəkildə günahlandıran yanaşma seçilir. Halbuki daha neytral, pozitiv və ortaq məsuliyyət üzərində qurulan kommunikasiya dili daha effektiv nəticələr verir.
Məsələn, mediada aparılan sorğular zamanı insanların görüntüsünü göstərmədən onların fikirlərini təqdim etmək daha səmərəli olur. Çünki əsas məqsəd Azərbaycan Dəmir Yolları olaraq, əməkdaşlarımızın, sərnişinlərin və dəmir yolu ətrafında yaşayan hər bir vətəndaşın təhlükəsizliyini təmin etməkdir. Son illərdə bu istiqamətdə görülən işlərin nəticələri ümidvericidir, lakin proses davamlı və məqsədyönlü şəkildə aparılmalıdır”.
Fidan
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO










