Yolun ortasında hədə-qorxu gəlib maşını yumruqladı – Polis araşdırmaya başladı - VİDEO

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
*** 12:45
Qəbələ rayonunda sürücülər arasında baş vermiş mübahisə avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 8-də saat 12:25 radələrində rayonun Vəndam qəsəbəsində baş verib.
Kadrlardan görünür ki, 96-BE-909 dövlət qeydiyyat nişanlı “VAZ-2115” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxan nəqliyyat vasitəsinin önündə qəfil dayanıb. Daha sonra o, avtomobildən düşərək videonu qeydə alan sürücüyə yaxınlaşıb, “Görmürsən?” ifadəsini dəfələrlə təkrarlayıb və nalayiq sözlər işlədib.
Görüntünü qeydə alan sürücünün sözlərinə görə, o, avtomobili yolun kənarına çəkərək qarşı tərəfə yaxınlaşacağını bildirsə də, “VAZ”ın sürücüsü sakitləşməyib. Əksinə, geri qayıdaraq əl hərəkətləri ilə hədələyib, yenidən sürücüyə yaxınlaşıb təhqiramiz ifadələr işlədib.
Sürücü bildirib ki, hadisə zamanı avtomobildə qadın və azyaşlı uşaq da olub. Buna baxmayaraq, o, dəfələrlə avtomobili yumruqlayaraq aqressiv davranışlarını davam etdirib. Daha sonra o, maşına əyləşərək hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, əks istiqamətli hərəkət zolağına çıxmaq yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkündür. Bununla yanaşı, yol hərəkəti zamanı yaranan hər hansı mübahisə sürücüyə digər hərəkət iştirakçılarını təhqir etmək, hədələmək və ya onların əmlakına zərər vurmaq hüququ vermir. Belə davranışlar qanunvericiliklə məsuliyyət yarada bilər.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












