Azərbaycanda Türkiyədən ixrac edilən avtomobil sənayesi məhsullarına olan tələb artıb

Türkiyə 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz artıraraq 142 milyon dollara çatdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Azərbaycana avtombil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 11 faiz artaraq 12,4 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 27,8 milyard dollara bərabər olub.
Bu ilin noyabr ayında Türkiyə 2,9 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 13,7 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2021- noyabr 2022) Türkiyə 30,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.
Trend
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!












