Bəzi ölkələr sürət limitini artırır; 130–150 sürətə icazə veriləcək - MARAQLI SƏBƏB

Avropanın bəzi ölkələrində maksimal sürət həddi artırılır. Bunun səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, iyunun 1-dən etibarən Çexiyanın magistrallarında maksimal sürət 150 km/saata çatdırılacaq. Pilot layihə çərçivəsində yolların buraxıcılıq qabiliyyəti və risklər təhlil olunacaq.
Sürəti çox sevən İtaliyada isə artıq 2 ildir üçcərgəli hərəkət olan şoselərdə maksimal sürət həddi 150 km/saatdır. Niderland isə pandemiya vaxtı 100 km/saata endirilmiş sürəti bu günlərdə təkrarən 130 km/saata qaldırıb. Almaniya avtobanlarının təxminən 500 kilometrində isə ümumiyyətlə limit yoxdur.
Avropa mediasının məlumatına görə, avtomobillər və yollar təkmilləşdiyi üçün bir çox ölkədə sürət həddi artırılır. Lakin bu məsələ, daha çox siyasidir. Son 60 ildə Avropada bir çox siyasi qüvvə seçiciləri ələ almaq üçün seçiləcəyi təqdirdə yollarda sürəti artırmağı daxil edib.
Nəzərə alaq ki, Avropada yüksək sürətin əleyhdarları da az deyil. Alman ekoloqlar neçə illərdir avtobanlarda sürət limitinin 130 km/saata endirilməsi üçün mübarizə aparırlar.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












