Banner

Nyu-Yorkda silahlı insident: Yaralılar var

Hadisə 29 Noyabr 2026 23:28
Nyu-Yorkda silahlı insident: Yaralılar var
WhatsApp kanalımıza abunə olun

ABŞ-nin Nyu-York şəhərinin Manhetten rayonunda baş verən atışma nəticəsində iki nəfər yaralanıb, onlardan birinin vəziyyəti kritikdir.

Avtosfer.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti yerli polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, polis Ratgers və Medison küçələrinin kəsişməsində atışma baş verməsi barədə məlumat alıb. Hadisə yerinə gələn polis əməkdaşları 47 yaşlı yaralı kişi aşkarlayıblar.

Nəşrin məlumatında bildirilir ki, polis həmin kişinin qarnından güllə yarası aldığını müəyyən edib. Ərazidə çoxsaylı güllə yaraları olan 31 yaşlı kişi də aşkarlanıb.

Yaralılardan biri təcili olaraq Belvyu xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kritik qiymətləndirilir. Digər yaralı da həmin xəstəxanaya yerləşdirilib və vəziyyəti stabildir.

Polis atışmanın səbəbini hələ müəyyənləşdirməyib. Hadisə ilə bağlı saxlanılan olmayıb.

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh