"BNA-nın məqsədi özəl şirkətləri məhv etmək idi" - Ekspert

“Bakıda smart tipli müasir dayanacaqların qoyulması zərərli, qüsurlu bir məsələ deyil. Bu işi Bakı Nəqliyyat Agentliyi icra edir. Çox gözəl layihədir. Yəqin ki, dayanacaqların sayı artıqca səmərəliliyi də artacaq, bunu gözləyirik. Müasir dayanacaqlar, küçələrdə görülən digər işlər də olmalıdır. Bunu tənqid etmək düzgün deyil. Bəzi insanlar var, pafosla danışırlar: “bu dayanacaqdansa, camaata çörək paylasınlar”, “insanlar geyim tapa bilmir”, “dayanacağın əvəzinə, filankəsə yaxşı gödəkçə ala bilərdik...” Bunlar pafoslu, inkişafa maneə olan çıxışlardır. Bəli qüsurlar, problemlər var. Müasir dayanacaqlar nə mənim, nə də başqasının obyekti deyil, heç kimin də bunda marağı yoxdur, nə gecə gedib orada qalıb, camaatı çölə tökmürük, nə də gündüz oturub, istirahət edib, sərin pivə içib, kimisə dayanacaqdan qovmuruq. Dayanacaqdır, orada durub, insanlar da istifadə edir. Bunun zərəri yoxdur. Tənqidi yanaşmanın da bir əndazəsi olmalıdır...”
Bu sözləri Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
Ekspert paytaxtda sərnişin avtobuslarının sayının az olması səbəbindən avtobuslarda sıxlıq yaranması məsələsinə də toxunub: “Avotbusların sayının artırılması məsələsi BNA-nın işi deyil. Avtobusları daşıyıcı şirkətlər gətirir. BNA, sadəcə, müəyyən bir dövrdə bəzi şirkətlərə süni əngəllər, problemlər yaradıb, inkişafa doğru gedən şirkətlərin qarşısına müxtəlif maneələr çıxarıb. Nəticədə həmin şirkətlərin bir çoxu çöküb, ləğv edilib, yoxa çıxıb... Bir çoxu isə arzuladıqları işi görə bilməyiblər. BNA-nın əsas məqsədi bu idi ki, özəl şirkətləri məhv etsin, sıradan çıxartsın, bütün sərnişin daşınması “BakuBus”ın əlində cəmlənsin. Bu da praktiki olaraq mümkün deyildi. Çünki dövlətin bu gün Bakı şəhərinə birdən-birə 2500-3000 avtobus alıb gətirməyə, bunların saxlanılmasını, digər xərclərini təmin etməyə imkanı yoxdur. Bu, uzun illərdir, özəl daşıyıcı şirkətlərin əlində cəmlənmiş prosesdir. Sadəcə, bu prosesi düzgün tənzimləmək lazım idi. BNA sadəcə bacarmadı. Bu gün görürük ki, inkişaf yox, tənəzzül, ziyan, geriyə getmə var. Sərnişindaşıma şirkətlərinin bir çoxu elə vəziyyətdədir ki, borc içində üzürlər. Elə qabaqcıl şirkətlər tanıyıram, hansı ki Bakıda sərnişin daşımalarında ikinci-üçüncü yerləri bölüşürlər, amma bu dəqiqə hamısının milyonlarla manat borcu var. Bunların da 60%-i, demək olar, BNA-nın sayəsində yaranıb. Dövlət pul ayırıb, BNA isə həmin pulu şirkətlərə yox, ancaq “BakuBus”a yönləndirib. Bir çox hallarda Bakı Nəqliyyat Agentliyi tənzimləyici qurum olaraq həmin şirkətləri müdafiə etməyib, onların arxasında dayanmayıb, yalnız öz maraqlarını güdüb və bu gün həmin şirkətlər həqiqətən uçurumdadırlar. Dövlət bir az dəstək göstərməsə, çökəcəklər...”
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










