Banner

İtaliyada sürət həvəskarlarına maraqlı cəza - FOTO

Avtoxəbər 16 Dekabr 2022 18:14 Oxunub 1466
İtaliyada sürət həvəskarlarına maraqlı cəza   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İtaliya dedikdə ağlımıza Lamborghini, Ferrari, Alfa Romeo kimi idman avtomobilləri gəlir. Ilk baxışdan belə təssürat yaranır ki, sürücü belə cəld maşınları hansı sürətlə istəsə idarə edə bilər. Lakin heç də belə deyil. 

Avtosfer.az xəbər verir ki, 2012-ci ildən etibarən sürət həddini aşmağa görə cəzalar qayda pozuntusunun saatına görə dəyişir. Yəni sutkanın işıqlı vaxtı ilə qaranlıq vaxtı fərqləndirilir. Saat 22.00-dan 07.00-dək törədilən xətanın cəzası saat 07.00-dan 22.00-dək olandan daha bahadır. 
Məsələn, sürət həddini 10 km/saatadək aşmağa görə saat 07.00-dan 22.00-dək cərimə məbləği 41-168 avro arasıdırsa, 22.00-san sonra cəza 55-224 avro arası dəyişir. 
Sürət həddini 10-40 km/saat aşmaq: 
saat 07.00-dan 22.00-dək maksimum 674 avro, 5 bal.
Saat 22.00-dan 07.00-dək maksimum 899 avro, 5 bal.

Sürət həddini 60 km/saat aşmaq: 
Saat 07.00-dan 22.00-dək maksimum 2 108 avro, 10 bal.
Saat 22.00-dan 07.00-dək maksimum 2 810 avro, 10 bal.

Sürət həddini 40-60 km/saatdan çox aşmaq: 
Saat 07.00-dan 22.00-dək maksimum 3 287 avro, 10 bal.
Saat 22.00-dan 07.00-dək maksimum 4 382 avro, 10 bal.
Məntiqi olaraq 10 cərimə balı sürücülük hüququmdan məhrum etmə anlamına gəlir. Bunun da müddətini siyuasiyadan asılı olaraq məhkəmə müəyyən edir. 

Qayıdaq vətənimizə. Baş Dövlət Yol Polisi İdarəsinin statistikasına görə, sürət həddinin aşılması nəticəsində bu ilin baş verən 624 qəzada 374 nəfər həlak olub, 449 nəfərin xəsarət alıb. Bəlkə bu sürət həvəskarlarını cilovlamaq üçün qanunvericiliyə yenidən baxaq? Sovet sistemindən miras qalmış sabit cərimə sistemindən imtina edərək çevik modelə keçək? Axı eyni qayda pozuntusuna görə Lada sürənə Lamborghini ilə eyni məbləğdə cəza təyin etmək nə qədər adekvatdır? Ölkə Siyəzəndə baş verən qəzanın şokundan hələ çıxmayıb. Nə qanunvericilərin, nə də polisin əməyini yerə vurmadan demək istəyirəm ki, sürət həddinin tənzimlənməsi ilə bağlı işlər hələ istənilən nəticəni verməyib. Demək olar hər ay kütləvi tələfatla nəticələnən qəza baş verir. əksər hallarda səbəb dəyişmir: sürət və yorğunluq. 
Bəs insanlar sürətə olan həvəsini necə reallaşdıra bilər? Artıq bunun çarəsini bir çox ölkə tapıb. Sürət tutqunları üçün ən maraqlı və təhlükəsiz nəqliyyat qatardır. Bakıdan Qazaxa 3-4 saata qatarla getmək mümkün olduqda “bərk sürən oğlan” olması ilə ad çıxaran, Gəncəyə uzağı 4 saata getməsi ilə fəxr edən Vito sürücülərinə ehtiyac qalmayacaq.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh