Ötən il Türkiyədə baş verən yol qəzalarında - 2.524 ölü, 285.638 yaralı

Ötən il Türkiyədə baş verən yol qəzalarının statistikası açıqlanıb. Avtosfer.az xəbər verir ki, 2019-cu ilin dekabr ayı ərzində 33.621 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 182 insan ölüb, 19.746 nəfəri isə yaralanıb. Bu barədə məlumat Təhlükəsizlik Yol Təhsil Ümumi Müdiriyyəti və Tədqiqat Dairə Şöbəsinin 2019-cu ilə dair qəza statistikasında yer alıb.
Statistikaya görə, 2019-cu ilin yanvar-dekabr ayları ərzində ölkə daxilində baş verən 418.488 yol qəzasında 285.638 nəfər xəsarət alıb, 2.524 nəfər isə dünyasını dəyişib.
Qəzalar, 179.751 sürücü, 18.040 piyada, 4.149 avtomobil, 1.043 yol, 2.571 isə sərnişin səhvi ucbatından olub. İl ərzində 4.655 sürücü işıqforun qırmızı işığından keçərək qəzalara səbəb olub.
Yük maşınlarının girişi qadağandır işarəsi olan ərazilərə daxil olan 4.691 sürücü isə qəza şəraiti yaradıb.
Sərxoş vəziyyətdə sükan arxasına keçən 2.334 sürücü ölümlə və yaralanma ilə nəticələnən yol qəzaların iştirakçısı olub.
Hədindən artıq sürətlə avtomobil idarə edən 1.847 sürücü də qəzaların baş verməsinə səbəb olublar.
Namiq Musayev
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












