“28 May”da qatar yoluna pirotexniki vasitə atan 3 nəfər saxlanıldı

Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları metronun “28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan şəxsləri saxlayıb. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sosial şəbəkə hesabında yazıb.
"Dünən (31 dekabr - red.) saat 18:36-da "28 May" stansiyasında naməlum sərnişinin stansiya yoluna atdığı kiçik pirotexniki vasitənin alışması nəticəsində yaranmış tüstü dumanı səbəbilə, metropolitenin təlimat tələblərinə uyğun olaraq, dərhal təmas relsindən gərginlik çıxarılıb, yanğın təhlükəsizliyi vasitələrindən istifadə etməklə, stansiya yoluna baxış keçirliib. Qatarların hərəkəti və sərnişin təhlükəsizliyinə hər hansısa problem olmadığından hərəkət bərpa edilib. Nəticədə, intervalın qrafikdə müəyyən olunmuş vaxtdan 5 dəqiqə pozulması müşahidə olunub", - qurum rəsmisi bildirib.
Məmmədovun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən 1998-ci il təvəllüdlü, Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü, Zəngilan rayon sakini Rövşən Məmmədov saxlanılıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












