Banner

İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO

Gündəm 26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
WhatsApp kanalımıza abunə olun

Sumqayıt şəhərində yerləşən 35 və 36 nömrəli tam orta məktəblərin idman meydançasının vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, meydançadan çəkilən görüntülər ərazinin idman fəaliyyəti üçün əlverişli vəziyyətdə olmadığını göstərir. Belə ki, ərazidə asfalt və ya digər xüsusi idman örtüyü yoxdur, meydança əsasən torpaq sahəsindən ibarətdir. Həmçinin ərazidə tikinti tullantılarına və müxtəlif məişət qalıqlarına da rast gəlinir.

Məktəblilərin fiziki tərbiyə dərslərinin və idman fəaliyyətlərinin keçirilməsi üçün nəzərdə tutulan belə bir ərazinin vəziyyəti suallar yaradır. Şagirdlərin sağlam və təhlükəsiz şəraitdə idmanla məşğul olması üçün məktəblərin müvafiq infrastrukturla təmin edilməsi vacibdir.

Maraqlıdır, Sumqayıt şəhərindəki 35 və 36 nömrəli məktəblərin idman meydançasının yenilənməsi, abadlaşdırılması və müasir tələblərə uyğunlaşdırılması nə zaman həyata keçiriləcək?

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırıq.

Səfər

Oxunub : 60
ŞƏRH YAZ
Ad

E-mail

Şərh