300 avtobus paytaxt nəqliyyatında nəyi dəyişəcək? – RƏY

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Bakı şəhərində sərnişindaşımanın asanlaşdırılması məqsədilə 300 yeni avtobus alınıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobuslar yaxın aylarda Bakı yollarında istismara veriləcək. Paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacağı gözlənilir.
BNA-nın sözçüsü Mais Ağayevin açıqlamasına görə, avtobusların 28-i 12 metrlik, 20-si isə 18 metrlikdir. M.Ağayev avtobusların qiyməti haqqında isə məlumatlı olmadığını söyləyib.
Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) 300 avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi “BMC Otomativ Sanaye ve Ticaret A.S.”. İki qurum arasında 2018-ci il oktyabr ayının 23-də şirkətlə müqavilə bağlanılıb.
Müqaviləyə əsasən Bakı üçün istehsal edilən avtobuslar “BMC Procity (12 M) CNG” və “BMC Procity (18 M) CNG” modelləridir. Avtobuslar sıxılmış qazla işləyir. 12 metrlik avtobus 90 sərnişin (30 oturacaq + 60 ayaq üstə), 18 metrlik avtobus isə 165 sərnişin (38 oturacaq + 138 ayaq üstə) tutumuna malikdir.
Millət vəkili Aydın Hüseynov Turkustan.info-ya açıqlamasında bildirib ki, şəhər nəqliyyatı hər zaman dövlətin diqqətində olub: “Cənab Prezident avtobus parkının yenilənməsi yeni avtobulsarın alınması ilə bağlı sərəncam imzaladı və 300 avtobus alındı. Ümumilikdə, yola saldığımız ildə paytaxtın nəqliyyat sistemi ilə bağlı görülən işlər haqqında danışarkən, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsini mütləq qeyd etmək lazımdır. Bu mərkəzin istifadəyə verilməsi bibaşa vətəndaş rahatlığına hesablanan addımdır. Məlumdur ki, keçmiş “Əzizbəyov” indiki “Koroğlu” metrosu ətrafı Bakı kəndlərini paytaxtın mərkəzi ilə birləşdirən əsas qovşaqdır. Uzun illər bu ərazidə əsl xaos hökm sürüb. Hazırda isə bu bölgədə əhalinin daşınmasında ciddi qayda-qanun yaradılıb. Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi bu ərazidə xaotik durumu aradan qaldırmaqla, həm vətəndaş məmnunluğuna nail olub, həm də ərazidə paytaxtın sərnişin nəqliyyatına yeni nəfəs gətirib”.
Bəxtiyar Səlimov/Turkustan.info
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS










