63 yaşlı kişi yol polisinin günahı ucbatından keçindi - VİDEO

Sosial şəbəkələrdə polisə nifrət hissinin təbliği hakimiyyət orqanlarını narahat edir
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, erməni sosial şəbəkələrində facebook istifadəçilərindən biri öz səhifəsində sürücünün ölümü ilə nəticələnən hadisə haqqında məlumat verib. Həmin məlumata görə, yol polisi əməkdaşı 63 yaşlı vətəndaşın ölümünə səbəb olub. Təfərrüatlarda bildirilir ki, Gümrüdə bir yol polisi ilə sürücü arasında insident yaşanıb. Əsəb gərginliyi keçirən sürücü özünü pis hiss edib. Yol polisi isə bunun müqabilində təcili yardım çağırmayıb. Sürücü bir qədər keçdikdən sonra dünyasını dəyişib. İstifadəçi bildirir ki, sürücü yol polisinin haqsız ittihamlarından gərginlik keçirib və səhhətində ciddi problemlər yaşanıb. Məlumata görə, sürücü taksi xidmətində işləyib və həmin hadisədə sərnişinlə uşağı xəstəxanaya aparırmış.
Polis rəisinin vəzifəsini icra edən Arman Sarkisyanın əmri ilə Daxili Təhlükəsizlik İdarəsində daxili təhqiqat aparılıb və Gümrünin Xrimyan küçəsində taksi sürücüsünün əks istiqamətdə hərəkət etdiyi aşkarlanıb. Yol polisi əməkdaşlarının 2-ci batalyonunun 2-ci alayının inspektoru nəqliyyat vasitəsini dərhal dayandırıb. Sürücü inzibati xəta haqqında protokol tərtib etməsinə mane olmağa çalışıb. Protokol tərtib edilsə də, sürücü protokola imza atmayıb və maşına əyləşib. Sonra onun vəziyyəti pisləşib, sərnişin yol polisinə müraciət edərək sürücünün əhvalının yaxşı olmadığını deyib.
İstintaq müəyyən edib ki, yol polisi dərhal təcili yardım çağırıb. Digər ehtimala görə, təcili yardım stansiyası yol polisi əməkdaşının üç çağırışını qeydə alıb. Kişi yol polisi əməkdaşının çağırışı ilə gələn “təcili yardım” tərəfindən xəstəxanaya aparılıb.
Hadisənin sosial şəbəkələrdə polisə nifrət əhval-ruhiyyəsində yayılması hakimiyyət orqanlarını ciddi narahat edib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












