Ağdaşda iki nəfərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Ağdaşda iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tehran Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşdan keçən hissəsində baş verib. Minik avtomobili hərəkət zamanı yoldan çıxaraq kanala aşıb. Qəza nəticəsində Ağdaş rayon sakinləri, 1962-ci il təvəllüdlü Məmmədov Şahlar Ağasəf oğlu və 1967-ci il təvəllüdlü Məhiyəddinov Elburus Qiyas oğlu ölüb. Sərnişin,1964-cu il təvəllüdlü Cəlil Əhmədoğlu və avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Həmidov Tehran Sahib oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
T.Həmidova Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ititham verilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












