Aksiz markası ilə markalanmayan spirtli içkiləri aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Mercedes Benz 0403" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə əməliyyat məlumatı daxil olub və həmin avtomobil nəzarətə götürülüb.
DGK-dən verilən məlumata görə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstan vətəndaşının idarə etdiyi avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Tovuz gömrük postunun inzibati binasına gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük yerində olan karton qutularda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, üzərlərində "Ballatines" yazılan 24 ədəd 1 litrlik, "Jagermaster" yazılan 1 ədəd0,5 litrlik, "Royal Park" yazılan 12 ədəd 1litrlik, "Yeni Rakı" yazılan 15 ədəd0,5 litrlik, "Yeni Rakı" yazılan 24 ədəd0,7 litrlik, "Yeni Rakı" yazılan 18 ədəd 1 litrlik və "Jameson" yazılan 5 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












