Almaniyada maşinisti huşunu itirmiş tramvayı sərnişinlər dayandırıblar

Almaniyanın Bonn şəhərində maşinisti huşunu itirmiş tramvayı sərnişinlər dayandırıblar.
"Report" "General Anzeiger"ə istinadən xəbər verir ki, hadisə tramvay gecə marşrutu üzrə hərəkət edərkən baş verib.
Təxminən gecə saat bir radələrində xətdə olan tramvayın sərnişinləri nəqliyyat vasitəsinin dayanacaqlarda fasiləsiz hərəkət etməsindən şübhələniblər. Onlar maşinistlə əlaqə saxlamağa cəhd ediblər, amma heç kim cavab verməyib. Sərnişinlərdən biri təcili əyləci bassa da, bu mexanizm də işləməyib.

Maşinistin olduğu kabinənin divarını döyəcləyib eşitdirmək kimi uğursuz cəhdlərdən sonra iki zirək sərnişin onun kabinəsinin pəncərəsini sındırıb. Onlar içəri daxil olduqda sürücünün huşunu itirdiyini görüblər.
Bu zaman digər sərnişinlər tramvayın aid olduğu nəqliyyat şirkəti ilə əlaqə saxlayıblar. Şirkətdən onlara telefonla tramvayı necə saxlamaq lazım olduğunu izah ediblər.
Hadisə zamanı sərnişinlər arasında heç kim xəsarət almayıb. Maşinistin səhhəti barədə məlumat verilmir. Bonn şəhərinin meri Aşok Fridharan sərnişinləri qəhrəman adlandırıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












