Apteklərdə eyni dərman fərqli qiymətlərə satılır? – RƏSMİ AÇIQLAMA VİDEO

Eyni dərman bir aptekdə 17 manat 38 qəpik, digərində isə 37 manatdır.
Jurnalistlərdən biri sosial şəbəkədə bu barədə paylaşım edib.
Bundan sonra isə məsələ aktuallaşıb. Elə biz də vəziyyəti yerində öyrənmək üçün apteklərə üz tutduq. əczaçılar müsahibə verməkdən imtina etsələr də şifahi şəkildə öyrəndik ki, bu dərman iddia edildiyi kimi bəzi apteklərdə 17,38 manat, bəzilərində isə 37 manatdır.
Sözügedən dərman vasitəsindəki 20 manatlıq fərqin səbəbini öyrənmək üçün İqtisadiyyat nazirliyinə müraciət etdik. Qurumun əczaçılıq, ekspertiza və digər xidmətlər sektorunun müdiri bildirildi ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiyməti tarif şurası tərəfindən tənzimlənir. Həmin dərman vasitəsinin qiymətinin yuxarı həddi də 37 manat müəyyən edilib.
Sektor müdirinin sözlərinə görə, dərman qiymətləri idxal olunduğu ölkələrə görə müəyyənləşir.
Dərman qiymətinin bir aptekdə ucuz, bir aptekdə baha olması bəzi iqtisadi səbəblərlə də əlaqələndirilir.
Ətraflı videomaterialda:
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












