Banner

Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO

Hadisə 21 Noyabr 2026 17:36
Azərbaycanda magistral yol yararsız hala düşdü - VİDEO
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın əsas magistral yollarından olan M-4 - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, jurnalist Rəşad Rəşidov yolun Ağsudan keçən hissəsindən görüntülər paylaşaraq buranın sürücülər və nəqliyyat vasitələri üçün təhlükəli yerə çevrildiyini deyib.

Bildirilib ki, respublika əhəmiyyətli magistral yollardan biri olan Bakı-Şamaxı-Yevlax yolunun bu hissəsində dərin çalalar və çökmələr yaranıb. Sürət həddi saatda 90 kilometr təyin edilsə də, həmin ərazidən qeyd edilən sürətlə keçmək mümkün deyil. Bu sürətlə hərəkət edən nəqliyyat vasitələri isə qəza riski ilə yanaşı, texniki problemlərlə də üzləşir.

Qeyd edək ki, haqqında bəhs edilən magistralın uzunluğu 280 kilometrdir.

***

AAYDA-dan sorğumuza cavab olaraq bildirilib ki, Bakı-Şamaxı avtomobil yolunun Ağsu-Girdimançay istiqamətindəki hissəsinin mövcud texniki vəziyyətindən məlumatlıdırlar: “Qeyd olunan yol sahəsində təmir-bərpa işlərinə, o cümlədən əsaslı təmirə ehtiyac var.

Hazırda ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsiz və təhlükəsiz təmin olunması, yolun istismar vəziyyətinin qorunub saxlanılması məqsədilə mütəmadi olaraq yolun ayrı-ayrı hissələrində cari təmir işləri həyata keçirilir.

Eyni zamanda, yolun əsaslı təmiri ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Qeyd olunan yolda investisiya proqramı çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

 

 

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh