Banner

Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı

Hadisə 21 Noyabr 2026 17:24
Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib.

Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.

O, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin Təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, C.Rüstəmovun 2 oğlu var. Onun böyük oğlu Eldar Rüstəmov texniki elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxunub : 70
ŞƏRH YAZ
Ad

E-mail

Şərh