Xəzərdə peyda olan “amfibiya adamlar” – Onlara niyə heç nə olmur?

Son dövrlər sosial şəbəkələrdə qış aylarında dənizdə üzməyi təbliğ edən şəxslərin paylaşımlarına tez-tez rast gəlinir. Bəziləri sosial şəbəkədə onları “amfibiya adam” (həm suda, həm də quruda yaşaya bilən) adlandırırlar.
Onlar hətta qarlı-şaxtalı günlərdə belə suya girir, çəkdikləri videoları paylaşaraq izləyicilərini də bu fəaliyyətə qoşulmağa çağırırlar.
Bəs qışda, xüsusilə soyuq havada dənizə girmək insan sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? Bu vərdiş həmin şəxslərin sağlamlığında gələcəkdə hansı fəsadlara səbəb ola bilər?
Avtosfer.az bildirir ki, globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, ümumiyyətlə, soyuq və qarlı havalarda, xüsusilə ekstremal şəraitdə insan orqanizminin müəyyən davranış xüsusiyyətləri var:
“Belə havalarda soyuq suya girmək, qarla təmasda olmaq üçün məşq lazımdır. Bu, hər adam üçün deyil. İnsan özünü yavaş-yavaş buna öyrətməli, məşq etməlidir. Doğrudan da, elə insanlar var ki, orqanizmlərini buna öyrəşdiriblər. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu cür ekstremal tədbirlərlə yanaşı, sağlam qidalanmaya fikir vermək, fiziki aktivliyi təmin etmək və bunlara daim diqqət yetirmək lazımdır. Sağlamlığın əsası budur. Məsələn, diqqət edin, hansı idmançı uzun müddət, yəni 100-120 il yaşayıb? Belə hallar çox nadir olur. Söhbət peşəkar idmançılardan gedir. Burada orqanizmin resurslarının tükənməsindən də söhbət gedir”.
A.Qeybullanın fikrincə, insanlar bu cür ekstremal fəaliyyətlərdən həzz alırlarsa, özlərini tədricən buna öyrəşdirməlidirlər:
“Amma insanlar sağlam qidalansalar, sağlam həyat sürsələr, zərərli vərdişlərdən uzaq dursalar və fiziki aktivliyə riayət etsələr, bundan daha çox fayda görərlər, nəinki digər ekstremal fəaliyyətlərdən”.
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO
Gülarəni öldürməkdə şübhəli bilinən gənclə bağlı yeni faktlar: Atası danışdı
Dövlət qurumlarının iş vaxtı dəyişdi: İki aylıq sınaq tıxacı azaltdımı?
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq












