Banner

Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA

Gündəm 20 Noyabr 2026 14:41
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Son illər ölkənin müxtəlif ərazilərində baş verən torpaq sürüşmələri evlərə və avtomobil yollarına ciddi təhlükə yaradır. Xüsusilə intensiv yağıntılar sürüşmə riskini artıraraq həm yaşayış məntəqələrinə, həm də yol infrastrukturuna zərər vura bilir. 

Avtosfer.az xəbər verir ki, sürüşmə riski olan ərazilərdə tikinti və yol infrastrukturu ilə bağlı nəzarətin gücləndirilməsi, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Bəs güclü yağışların yaratdığı torpaq sürüşmələrinin qarşısını almaq və mümkün fəsadları minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürüşmə təhlükəsi olan ərazilər Tikinti və Şəhərsalma üzrə aidiyyəti dövlət qurumlarının xüsusi nəzarətində olmalıdır:


''Həmin qurumların rəyi və nəzarəti olmadan bu ərazilərdə yolların çəkilməsi, infrastrukturun salınması, tikinti və bərpa işlərinin aparılması yolverilməzdir. Bu məsələdə əsas cavabdeh qurumlardan biri Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyətləri də prosesdə iştirak etməlidir. Geologiya sahəsində fəaliyyət göstərən müvafiq elmi qurumların da bu məsələdə rolu var. Yerli icra hakimiyyətləri ərazilərindəki vəziyyəti, riskli zonaları və təhlükə yarana biləcək ünvanları müəyyən qədər tanıyırlar. Buna görə də onların üzərinə də nəzarət və təhlükəsizliklə bağlı öhdəliklər düşür. Burada əsas məsələlərdən biri aidiyyəti qurumlar arasında koordinasiyanın düzgün qurulması, hər bir qurumun səlahiyyət və məsuliyyətinin dəqiq müəyyənləşdirilməsidir''.

Ekspert qeyd edib ki, güclü yağışlar zamanı torpaq sürüşməsi təhlükəsinin hansı səviyyədə artmasına gəlincə, bu suala daha dəqiq cavabı geoloqlar verə bilərlər:
''Sürüşmə riskinin əvvəlcədən müəyyənləşdirilməsi və mümkün fəsadların qarşısının alınması üçün mühəndis-texniki tədbirlər görülməlidir. Bildiyim qədərilə, Badamdarda yeraltı qrunt sularının toplanması və kənarlaşdırılması məqsədilə xüsusi dərin quyular qazılıb. Bu kimi tədbirlərin həyata keçirilməsində Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumlarının da rolu var. Ümumiyyətlə, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara müraciət etmək daha məqsədəuyğun olar. Çünki burada tikinti və daşınmaz əmlak ekspertlərindən daha çox geoloqların və müvafiq dövlət qurumlarının mövqeyi və rəyi əhəmiyyət daşıyır. Bizim fəaliyyət istiqamətimiz əsasən tikinti və daşınmaz əmlak sahəsi olduğu üçün bu məsələnin hüquqi prosedurları və texniki tərəfləri barədə tam əsaslı fikir bildirmək imkanımız məhduddur''.

Fatimə

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh