Aramsız yağışların Kürdəmirdə evlərə və həyətlərə vurduğu fəsadlar aradan qalxmayıb - VİDEO

Küçələrdə, evlərdə, həyətyanı sahələrdə, hətta zirzəmirlərdə də yağış suları var. Kürdəmirdə yağışın fəsadları hələ də qalmaqdadır.
Sakinlərin sözlərinə görə, küçə və həyətlərə yağış sularının dolma səbəblərindən biri də kanalizasiya xəttinin olmamasıdır.
Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən "Xəzər xəbər"ə bildirildi ki, şəhərin Tural Qurbanov küçəsi 2018-ci ildə asfaltanıb.
Son illərdə həmin küçədə dəmir yolu xətti boyunca yeni fərdi yaşayış evləri tikilib, dalanlar yaranıb. "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"na uyğun olaraq "Azərsu" ASC tərəfindən 2011-ci ildə Kürdəmir şəhərinin və bitişik ərazilərin kanalizasiya xətlərinin çəkilişinə başlanılıb. Lakin işlər 2014-cü ildə yarımçıq saxlanıb. Buna görə də intensiv yağış yağdıqda şəhərin bəzi küçələrində olduğu kimi Tural Qurbanov küçəsinin də bir çox hissəsində su yığılaraq qalır.
"Azərsu" ASC-dən isə bildirildi ki, Kürdəmir şəhərində mərkəzləşdirilmiş su infrastrukturu layihəsi icra olunaraq tamamlanıb. Şəhərin kanalizasiya şəbəkəsinin layihəsi də hazırlanıb və gələcəkdə icra ediləcək.
Ətraflı videomaterialda:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












