Astara polisi gücləndirilmiş iş rejimində çalışıb - FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş rejimdə fəaliyyətini həyata keçirir. Hər il bayram günlərində Astara rayonunda yerləşən park-bulvar kompleksinə insanların axını müşahidə olunur. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dekabrın 31-də axşam saatlarında Astara və digər ətraf rayonlardan bura istirahət üçün gəlmiş çox sayda insanın təhlükəsizliyinin təmin olunması, ictimai asayişin yüksək səviyyədə qorunması üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xidmət nümunəvi şəkildə təşkil olunub, insanların sıx olduğu ərazilərdə polis naryadlarının sayı artırılıb. Gecə saatlarına qədər davam edən konsert proqramı və gəzinti zamanı insanların hər hansı bir çətinliklə üzləşməməsi üçün bütün tədbirlər görülüb. Eyni zamanda bir neçə rayondan insanların Astara şəhərinin mərkəzinə axını nəqliyyatın sıxlığına səbəb olsa da, Astara RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən hərəkətin axını təşkil edilib, avtomobil yollarında rahat və təhlükəsiz hərəkət təmin edilib.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar polis 2020-ci il yanvarın 6-dək gücləndirilmiş iş rejimində işləyəcək.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...














