Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, avtomobilə qoyub çaya atdı

İmişli rayonunda qətl hadisəsi törədilib. Avtosfer.az Report-a istinadən xəbərinə görə, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində “QAZ-3110” markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri avtomobilin İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub. İlkin ehtimala görə, Zaur Əzizovla tanışı İmişli şəhər sakini 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib.
Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin, Elmin Zaura məxsus avtomobili hadisə yerindən bir kilometr aralı məsafədə Kür çayına ataraq hadisə yerindən kənarlaşıb. Cəsəd hadisə yerindən götürülərək məhkəmə tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











