Azərbaycanda qadınların daha çox törətdiyi CİNAYƏTLƏR

Azərbaycanda qadınlar daha çox dələduzluq, oğurluq kimi cinayət əməlləri törədirlər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, 2000-ci ildə Azərbaycanda cinayət törədən qadınların sayı 2018-ci ilə nisbətən çox olsa da, dələzduzluq edənlərin sayı az olub. 2000-ci ildə 91, 2018-ci ildə isə 151 qadın dələduzluq edib.
Ötən müddətdə oğurluq edən qadınların da sayı artıb. 2000-ci ildə 89 qadın oğurluq kimi cinayət əməli törətdiyi halda, 2018-ci ildə onların sayı 135-ə yüksəlib.
Bundan başqa, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan qadınların da sayı çoxalıb. 2010-cu ildə 4, 2018-ci ildə isə 40 qadın bu cür cinayət əməli törədib.
Ötən müddətdə qadınların narkotik vasitələrin təsiri ilə cinayət törətməsi, eyni zamanda xuliqanlıq etməsi halları azalıb. 2010-cu ildə narkotik vasitələrin təsiri ilə 186, 2018-ci ildə 43 qadın cinayət törədib. 2010-cu ildə 122 qadın xuliqanlıq törətdiyi halda, 2018-ci ildə onların sayı azalaraq 45-ə enib.
Ümumilikdə cinayət törədən qadınların sayına gəldikdə, Azərbaycanda 2018-ci ildə cinayət törətmiş qadınların sayı əvvəlki illə müqayisədə artıb. 2018-ci ildə ölkədə 1 022 qadın cinayət törədib ki, bu göstərici 2017-ci ildə 963 olub.
Cinayət törətmiş qadınların sayı 2005 və 2010-cu illərdə daha yüksək olub.
2000-ci ildə cinayət törətmiş qadınların sayı 1 180 olduğu halda, 2005-ci ildə onların sayı daha da çoxalaraq 2 520-ə yüksəlib.
2010-cu ildə cinayət törədən qadınların sayı 2005-ci illə müqayisədə nisbətən azalsa da, göstərici yenə yüksək olub. Həmin ildə 2 318 qadın cinayət törədib.
2015-ci ildə cinayət törədən qadınların sayı 1 128-ə, 2016-cı ildə 1 036-a enib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












