Azərbaycanda qatar qəzalarının qarşısı belə alınacaq - İLK DƏFƏ

“Azərbaycan Dəmir Yolları” QSC-də qatarlara ilk dəfə olaraq GPS sistemi quraşdırılacaq.
Bunu oxu.az-a açıqlamasında QSC-nin İnnovasiyaların təhlili və tətbiqi şöbəsinin rəisi Nəriman Nağıyev bildirib. Onun sözlərinə görə, quraşdırılacaq sistem vasitəsilə maşinistə xəbərdarlıq olunacaq:
“Qatar hərəkətdə olan zaman qarşıda maneə, təhlükə olarsa, sistem vasitəsilə hərəkət sürətinə nəzarət olunacaq və mühərrikin işini məsafədən dayandırmaq imkanımız olacaq.
Məsələn, qatar sürətli hərəkət edir, qəfil şəkildə qarşıya maşın və digər maneə çıxır, sürət azalana kimi arıtq problem yaranır. GPS sistemi vasitəsilə bunlara nəzarət olunacaq. Bu proses 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək”.
QSC rəsmisi bildirib ki, Bakı-Astara dəmir yolu xətti ilə bağlı layihədə yolların əsaslı təmiri və elektrikləşdirilməsi yer alır:
“Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsi yenidən qurulacaq. Bu zaman birxətli yolun ikixətli edilməsi, elektrikləşdirilməsi və işarə vermə rabitə sisteminin quraşdırılması planlaşdırılır. Bu işlər çərçivəsində torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












