“Bakı Metropoliteni” maşinist axtarır

"Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi prosesinin başlandığını elan edib. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədin yaşı 24-30 arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı və kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) olmalıdır.
Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Mərhələləri uğurla keçən namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.
Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək.
Tədris prosesi nəzəri və praktiki məşğələlərdən ibarətdir. Hər təlim-tədris mərhələsinin sonunda müdavimlər imtahanlara cəlb olunacaq və uğur qazanacağı təqdirdə kursu davam etdirəcəklər.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Elektron ərizələr yanvarın 31-dək qəbul edilir.
Namiq
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











