Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atıldı

Bu gün saat 18:40 radələrində Bakı metrosunun “28 May” stansiyasında qatarların hərəkətində beş dəqiqəlik fasilə yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Report-a bildirib ki, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:
“Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü “İçərişəhər” stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti, gərginlik dayandırılıb.
Əraziyə baxış keçirildikdən sonra qatarların hərəkəti bərpa edilib. Bu isə təxminən 5 dəqiqəlik fasiləyə səbəb olub. Xoşbəxtlikdən metroda heç bir tüstülənmə və yanğın olmayıb. Sadəcə həmin vasitənin özü yanıb”.
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










