Bakıda 160 saylı marşruta yeni avtobuslar verildi - FOTO

Dekabrın 30-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik BMC Procity markalı avtobuslarla yerinə yetiriləcək. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Agentliyinin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb. Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı “Çinar Trans” MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də, genişləndirilib və yeni təmir sexləri yaradılıb.
Namiq


“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










