Bakıda kafedə avtomatla 2 nəfəri güllələyən şəxslə bağlı qərar verildi

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə və zərərçəkmişlə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti və protest təmin edilməyib. H.Abbasquliyev qərardan narazı qalaraq kassasiya şikayəti verib.
Şikayət Ali Məhkəmədə hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində 2018-ci ilin avqustun 9-da naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.
H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Abbasquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apellyasiya protesti, təqsirləndirilən şəxslə zərərçəkmiş isə apellyasiya şikayəti verib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












