Bakıda klinika sahibinin oğlu işçini döyə-döyə öldürüb - Təfərrüat + Yenilənib

Nərimanov rayonu ərazisində Bakı şəhər sakinini döyərək ölməsinə səbəb olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib. Görülmüş tədbirlərlə H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.
***
Yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə polisə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.
**
Bakıda klinika gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.
"Qafqazinfo"nun “Report”a istinadən xəbərinə görə, döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.
Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.
M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.
Dərhal Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












