Bakıda taksi sürücüsünü qətlə yetirən dəstə üzvlərinin ibtidai istintaqı yekunlaşıb

Bakıda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Tərlan Məmmədov, Azər Mustafayev, Anar Ağabalayev, Rinad İsmayılov, Emin Cəfərzadə və Əyyub Cabbarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən il iyunun 6-sı saat 18:00 radələrində paytaxtın Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobildə 33 yaşlı Əliyev Ədalət Ələkbər oğlunun meyiti tapılıb.
İlkin məlumata görə, Ə.Əliyev baş nahiyəsinə küt alətlə endirilən zərbə nəticəsində ölüb.
İyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşları qətli törətməkdə şübhəli bilinən 37 yaşlı paytaxt sakini Cəfərzadə Emin İldırım oğlu və 36 yaşlı Mustafayev Azər Adil oğlunu saxlayıb.
Daha sonra dəstənin digər üzvləri - Tərlan Məmmədov, Anar Ağabalayev, Rinad İsmayılov və Əyyub Cabbarov da tutulub.
Məlumata görə, Ə.Əliyev icarəyə götürdüyü avtomobillə sərnişin daşıyıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












