Bakıda tutulan narkotacirin oğurluq etdiyi anlar kameralara düşdü - FOTO

Bakıda tutulan narkotacirin silsilə oğurluqlar etməsi obyektlərin təhlükəsizlik kameraları vasitəsilə anbaan qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Belə ki, bölməyə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, qəsəbə sakini əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətində yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1 kiloqram 510 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
H.Bilalovun 43-cü Polis Bölməsində ərtafına əlavə əməliyyat tədbirləri keçirilən zaman onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində 1 evdən və 7 maketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub.
Qeyd edək ki, H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Bilalov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO




















