Bayram günlərində 100 mindən çox sərnişin avtovağzaldan istifadə edib

Bayram ərəfəsində və bayram günlərində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salındı. Avtosfer.az xəbər verir ki, bunu Bakı Beynəlxaq Avtovağzal Kompleksinin rəsmisi Pərvin Məmmədova deyib. O bildirib ki, sərnişin axını ən çox 30 dekabr və 2 yanvar tarixlərində müşahidə olunub. "Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin olunub. Ən sevindirici hal isə istər "Məlumat Mərkəzi"nə, istərsə də Facebook ünvanımıza daxil olan müraciətlər arasında şikayət qeydə alınmaması oldu. Yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə bilərsiniz. Eyni zamanda facebook və [email protected] email ünvanı üzərindən də yazıb göndərə bilərsiniz. Vacib bir məqamı da xatırlatmaq istəyirəm ki, xüsusən bayram günlərində biletləri reysin yola düşməsinə bir neçə saat qalmış almağınızı tövsiyyə edirik. Biletləri avtovağzala gəlmədən avtovagzal.az saytı və ya mobil tətbiq vasitəsilə də əldə edə bilərsiniz."
Emin
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












