Bibiheybət yolunda yalnız şəhər istiqamətində hərəkət bərpa olunub

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda birtərəfli olaraq yalnız şəhər istiqamətində hərəkət bərpa olunub.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Müvəqqəti olaraq iki hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə “Tikinti norma və standartları”na uyğun olaraq tikinti-bərpa işləri aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib.
Daha sonra yola üç laydan ibarət asfalt-beton örtüyü döşənib.
Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız iki hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.
Hərəkətin normal təşkili üçün yola üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb, yol kənarına dəmir-beton təhlükəsizlik sədləri düzülüb.
Qeyd edək ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, yamacın aşağı bəmorta hissəsində svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur.
İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












