Binəqədidəki “cəhənnəm yolu” nə vaxt düzələcək? - VİDEO

Binəqədidə sakinlərin “cəhənnəm yolu” adlandırdığı yol bərbad vəziyyətdədir.
Baku.TV xəbər verir ki, Binəqədi rayonu Mədən 1, korpus 8-də yaşayan sakinlərin şikayəti də məhz bununla bağlıdır.
Minə yaxın ailənin yaşadığı Cənubi Amerikadakı bataqlıqları xatırladan bu ərazinin sakinləri 10 ilə yaxındır ki, bu yolda əziyyət çəkirlər.
Problemdən ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Belə ki, onlar hər gün ayaqlarına salafan keçirərək sözügedən bataqlığının içi ilə məktəbə gedirlər.
Bəzi sakinlər isə öz hesablarına avtobus tutaraq uşaqlarını məktəb və bağçalara yollayırlar.
Yoldakı vəziyyəti sakinlər belə şərh edirlər:
“Bura cəhənnəm yoludur. 10 ildir burda yaşayıram, yol bu vəziyyətdədir. Rayondan qohumlarımız gəlmək istəyirlər, yolların vəziyyətindən utandığımız üçün imkan vermirik gəlməyə. Bir sözlə bərbaddır”.
Vəziyyətlə bağlı sakinlər dəfələrlə həm rayon icra hakimiyyətinə həm Azərbaycan Avtomobil Yolları Agentliyinə müraciət etsələr də, hər dəfə tezliklə düzələcək deyərək necə deyərlər, müraciətləri yola veriblər.
Binəqədi Rayon İcra Hakimiyyətindən verilən son cavabda isə bildirilib ki, yanvarın biri tarixindən etibarən yolda təmir işlərinə start veriləcək.
Məsələnin tam olaraq mahiyyətini öyrənmək və yolun aqibətinin necə olacağı ilə bağlı sualımıza cavab almaq üçün Binəqədi Rayon İcra Hakimiyyətinə yollandıq. Burada məsələ isə bağlı açıqlama verən İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Kənan Kərimov bildirdi ki, sözügedən ərazi ilə bağlı məsələ diqqətdədir. Hava şəraiti əlverişli olsa, yaxın günlərdə yolda təmir işlərinə start veriləcək.
Deyilənlərə inansaq, sakinlər yaxın vaxtlarda bataqlıq adlandırdıqları bu yerdən asvalt üzərinə çıxa biləcəklər.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










