BNA bayram gecəsi şəhər nəqliyyatında həyata keçirilən tədbirləri açıqladı - FOTO

Bayram gecəsi şəhərdə artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi bir sıra tədbirlər həyata keçirilib. Nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasını təmin etmək üçün Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzində qərargah yaradılıb. Bakı Nəqliyyat Agentliyində Avtosfer.az-a verilən məlumata görə, axşam saatlarında nəqliyyat axınının artması səbəbindən mərkəzi küçələrdə svetoforların vaxt planlanmasında dəyişiklik edilib. Əsas nəqliyyat yükü daşıyan küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verilib. Sıxlıq müşahidə olunan yollarda müntəzəm marşrut xətti üzrə avtobusların sərbəst keçidini təmin etmək üçün DYP-la birgə tədbirlər görülüb.
Atəşfəşanlıq bitdikdən sonra Dənizkənarı Milli parkdan gələn vətəndaşların müxtəlif istiqamətlədə daşınması məqsədi ilə isə metro stansiyalarının ətrafına müvafiq marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilib. Sərnişindaşımaya nəzarət üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları müxtəlif ərazilərə cəlb edilib.
Piyadaların və sərnişinlərin rahat hərəkətini təmin etmək üçün qanunsuz parklanmalara qarşı tədbirlər də görülüb. Avtobus dayanacaqlarını zəbt edən minik avtomobillərinə qarşı mübarizə tədbirləri həyata keçirilib. Nəticədə avtobusların dayanacaq məntəqələrinə rahat daxil olması və çıxması təmin edilib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi bayram tətili günlərdində də işini xüsusi rejimdə davam etdirəcək.
Emin
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...























