BNA-dan 1800 manata alınan nişanla bağlı AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi kütləvi informasi vasitələrinə 1800 manata alınan nişanla bağlı açıqlama verib. Agentlikdən bildirilib ki, Dövlət Satınalma Reyestrində açıq şəkildə söhbətin piyadalar üçün istiqamət göstərici lövhələrin alınmasından getdiyi göstərilib. BNA kütləvi informasiya vasitələrinə müraciət edərək əldə edilən məlumatı aidiyyəti üzrə qurumun Mətbuat Xidməti ilə dəqiqləşdirməyi tövsiyə edib. "Nəqliyyat elə bir xidmət sahəsidir ki, daim ictimaiyyətin diqqət mərkəzində olub və bu sahə ilə bağlı məlumatlar hər zaman geniş marağa səbəb olub. Lakin təəssüflə qeyd edilməlidir ki, əhalinin bu sahəyə olan diqqət və marağından sui istifadə edən bəzi KİV-i ictimai nəqliyyat və yol hərəkətinin təşkili ilə bağlı məlumatların yayılmasında qeyri-peşəkarlıq, bəzi hallarda isə qərəzli mövqe nümayiş etdirirlər. Bütün bunlar isə dövlət tərəfindən şəhər nəqliyyat sistemində həyata keçirilən və son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyan islahatlara xələl gətirmək, vətəndaşlarda görülən işlərə qarşı inamsızlıq yaratmağa xidmət edən uğursuz cəhdlərdir. Növbəti belə uğursuz cəhd Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadalar üçün istiqamət göstərici lövhələrin alınması ilə bağlı informasiyanın yayılması zamanı edilib. Belə ki, Dövlət Satınalma Reyestrinə istinadən bu barədə məlumatı əldə edən bəzi KİV nümayəndələri təxəyyüllərinə uyğun yalan məlumatlar yayımlayıblar. Ucuz reytinq qazanmaq və digər çirkin məqsədləri güdən həmin şəxslər, eyni zamanda, jurnalist kimi nə dərəcədə savadsız olduqlarını da bir daha nümayiş etdiriblər. Dövlət Satınalma Reyestrində açıq şəkildə söhbətin piyadalar üçün istiqamət göstərici lövhələrin alınmasından getdiyi qeyd olunsada özlərini jurnalist adlandıran həmin şəxslər Bakı Nəqliyyat Agentliyini adi yol nişanının dəyərini şişirtməkdə ittiham ediblər. Məsələyə peşəkar yanaşma olsaydı həmin məlumatı və onunla bağlı sual doğuran məqamları dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlanılardı. Bu cür savadsız və tam qərəzli formada yayılan hər hansı əsassız bir fikir və yalnış rəy görülən işlərə kölgə salmaqla yanaşı, insanlar arasında yersiz təşviş və çaşqınlığın yaranmasına gətirib çıxarır. Bir daha bu cür qeyri-peşəkar və qeyri obyektiv mövqedən çıxış edən KİV-i nümayəndələrini diqqətli olmağa çağırırıq. Eyni zamanda, tövsiyə edirik ki, əldə etdiyiniz məlumatı aidiyyəti üzrə qurumun Mətbuat Xidməti ilə dəqiqləşdirmədən yayımlamaqdan çəkinin".
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ
Azərbaycandakı magistral yolların başlanğıc nöqtəsi haradır? – Ekspert AÇIQLADI
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO








