BNA-dan 1800 manatlıq nişanla bağlı daha bir AÇIQLAMA + FOTOLAR

İctimaiyyətdə düzgün rəyin formalaşması və vətəndaşların məsələ ilə dəqiq məlumatlandırılmasının vacibliyini nəzərə alaraq bildirmək istərdik ki, satın alınması həyata keçirilən mal, iş və xidmətlər yol nişanı və quraşdırılması xidmətləri deyil, piyadaların rahat hərəkətini təmin etmək məqsədi ilə müxtəlif istiqamətləri göstərən məlumat lövhələridir. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu lövhələrin istehsalında yüksək keyfiyyətli qalvanizə olunmuş metaldan, lövhələrin quraşdırılması üçün dirəkdən, fosforlu polüretan boyalardan, işıqlı dirək başlıqlarından, işıq qaytarıcılardan və digər elementlərdən istifadə olunur. Eyni zamanda, xüsusi ilə vurğulanmalıdır ki, quraşdırılması nəzərdə tutulan lövhələrin hazırlanması və quraşdırılması bütünlüklə yerli istehsal hesabına ərsəyə gəlir.



Həmçinin, Dövlət Satınalmalarının Reysterində göstərilən müqavilələrə əsasən satın alınan mal, iş və xidmətlərin qiymətinə əlavə dəyər vergisi, nəqliyyat, quraşdırma ilə birlikdə bütün xərclər daxildir. Bəzi KİV-də xarici ölkələrdən nümunə götürülərək istinad edilən məlumat lövhələri ilə bağlı isə bildirmək istərdik ki, onlar Agentlik tərəfindən satın alınan istiqamətgöstərici lövhələrlə heç bir eynilik təşkil etmir. Elə həmin saytların nümunə kimi göstərdiyi qiymətlərlə sadə riyazi hesablama aparıldıqda, idxal, gömrük, vergi, quraşdırma və digər bu kimi xərclər əlavə edildikdə daha baha qiymətə başa gəldiyi məlum olur. Əlavə olaraq bildiririk ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən nişanların alınması ilə əlaqədar 02 dekabr 2019-cu il tarixində kotirovka sorğusu üsulu ilə satın alınması keçirilib. Kotirovka sorğusu prosedurunun nəticələrinə əsasən qalib elan edilən malgöndərən (podratçı) təşkilatla bağlanılan satınalma müqaviləsinə əsasən 1 (bir) ədəd 700x700 mm ölçülü yol nişanının quraşdırma xərcləri ilə birlikdə ƏDV daxil qiyməti 111.51 manat təşkil edib.


Bir neçə gündür ki, bəzi KİV-də Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadalar üçün istiqamətgöstərici lövhələrin alınması xəbəri təhrif edilərək yol nişanlarının yüksək qiymətə satın alınması kimi təqdim olunur. Məsələ sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olmuş və reallığı əks etdirməyən məlumatın yayılması vətəndaşlar arasında narahatlığa və çaşqınlığa səbəb olmuşdur. Təəssüflə bildiririk ki, bəzi maraqlı qüvvələr manipulyasiya edərək Bakı Nəqliyyat Agentliyinə qarşı şər və böhtan xarakterli çıxışlar etməkdədir.
Namiq
İlham Əliyev Antalyada Ərdoğanla görüşdü - FOTO
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
İlk rəmzi sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB
Paşinyanın Rusiya ilə bağlı açıqlaması nəyə hesablanıb? - Politoloq AÇIQLADI
Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq - RƏSMİ
Mehriban Əliyeva Türkiyə səfərindən GÖRÜNTÜLƏR PAYLAŞDI
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakı-Quba yolunda asfalt yararsız hala düşüb – Sürücülər ciddi zərər görür - VİDEO
Ölkədə “ağıllı” işıqforların quraşdırılması sistemli şəkildə təşkil edilməlidir – NƏQLİYYAT EKSPERTİ
Azərbaycandakı magistral yolların başlanğıc nöqtəsi haradır? – Ekspert AÇIQLADI
Paytaxtın bu kəsişməsində tıxaca qarşı YENİLİK - VİDEO








