BNA siqaret çəkən 235 sürücünü cəzalandırdı: 20 sərnişini mükafatlandırıb - FOTO

Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir. Bu barədə Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a məlumat verilib.
Məlumatda deyilir ki, layihənin icra edildiyi 4-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb.
Qeyd edək ki, 2019-cu ilin yekunlarına əsasən vətəndaşlar tərəfindən ümumulikdə 429 xəta təqdim edilib. 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Həmçinin, il ərzində fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən 20 sərnişinə isə qiymətli hədiyyə təqdim edilib.
Tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Bu sahədə daha müsbət nəticələr əldə olunması üçün sərnişinləri 2020-ci ildə daha da fəallıq nümayiş etdirməyə dəvət edirik.
Namiq
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













